Dünya Bankı bu ölkənin kredit dəstəyi istəyini qəbul etmədi – Ümid IMF-dir

Şri Lankanın maliyyə dəstəyi ilə bağlı International Monetary Fund (IMF) ilə müzakirələri cümə günündən yenidən başlayıb. Bu isə Dünya Bankına müraciət edən ölkənin bank tərəfindən geri çevrilməsindən sonra baş verib, bank cavabında deyib ki, yeni bir maliyyə dəstəyini “dərin struktur islahatlar” olmadan təklif edə bilməz. 

BBN.az DW Business-ə istinadən xəbər verir ki, ada ölkəsi Şri Lanka müflisdir, onun iqtisadiyyatı ölüm döngüsündədir, yeni maliyyə göstəriciləri cümə günü açıqlanıb və iyulda illik inflyasiya özünün rekord həddinə 60.8-ə çatıb. Hindistan bu il Şri Lankaya 4 milyard dollar (3.9 milyard avro) ayırıb, Çin də həmçinin ölkənin əsas kreditorudur.

Dünya Bankının istəyi qəbul etməməyinin səbəbi  

Şri Lankanın 22 milyon əhalisi aylardır ki, ərzaq və yanacaq çatışmazlığından əziyyət çəkirlər və inflyasiya yüksəkdir və elektrik enerjisinin kəsilməsi halları ilə üz-üzədirlər. Apreldə isə ölkə 51 milyard dollarlıq xarici dövlət borcunu ödəyə bilməyib. Ölkədə ötən ay kütləvi iğtişaşlar başlamışdır və prezident Gotabaya Rajapaska qaçmışdır, iğtişaşçılar prezident və Baş nazirin iqamətgahına qanunsuz şəkildə daxil olmuşdular. Dünya Bankından deyiblər ki, onlar Şri Lanka əhalisinin taleyindən narahatdırlar, lakin əlavə ediblər ki, ərazidə adekvat makroiqtisadi siyasət çərçivəsi görülməyənə qədər maliyyə dəstəyi edə bilməyəcəklər. Bankın bəyanatında, həmçinin, deyilib ki, təcili ehtiyaclar dərman, yemək bişirmək üçün təbii qaz, məktəb yeməkləri üçün mövcud kreditlərdən 160 milyon dollar artıq ayırmışdılar.

Şri Lankanın maliyyə dəstəyi ehtiyacının səbəbi

IMF ilə müzakirələr isə təcili ehtiyac olmasına baxmayaraq aylar ilə davam edə bilər. “United Nation”un “Dünya Ərzaq Proqram”ına görə, Şri Lanka əhalisinin 85%-i ölkədəki böhran dövründə aşağı keyfiyyətli ərzaq əldə ediblər, az yeyiblər, bəzən yemək vaxtlarını keçiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır