Home » Dünya Bankı rəsmisi: Bakı şəhərsalma sahəsində təsirli inkişaf yolu keçib

Dünya Bankı rəsmisi: Bakı şəhərsalma sahəsində təsirli inkişaf yolu keçib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Bakı şəhəri son illərdə şəhərsalma baxımından olduqca təsirli inkişaf yolu keçib.

Bunu “Report”a açıqlamasında Dünya Bankı Qrupunun xarici işlər üzrə məsul şəxsi Liam Braun deyib.

O bildirib ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) təşkilatçılığı yüksək səviyyədədir və forum müxtəlif ölkələrdən olan nümayəndələri bir araya gətirən mühüm platformadır:

“Dünya Bankı Qrupu olaraq burada olmaqdan qürur duyuruq. Bakıda keçirilən forumda dünyanın müxtəlif yerlərindən hökumət nümayəndələri, tərəfdaşlar və maraqlı tərəflərlə görüşmək çox xoşdur. Şəxsən mən Bakıya heyran qalmışam. Şəhər son illərdə şəhərsalma baxımından çox təsirli inkişaf yolu keçib və olduqca gözəl şəhərdir”, – deyə o vurğulayıb.

L.Braun Azərbaycan insanlarının qonaqpərvərliyinin onda xoş təəssürat yaratdığını da qeyd edib.

Dünya Bankı rəsmisinin sözlərinə görə, qurum uzun illərdir Ümumdünya Şəhərsalma Forumlarının daimi iştirakçısıdır və BMT-nin İnsan Məskənləri Proqramı (UN-Habitat) ilə əməkdaşlıq edir.

O bildirib ki, forum çərçivəsində daha yaşanıqlı şəhərlərin yaradılması, şəhərləşmə prosesinin düzgün idarə olunması və yeni iş yerlərinin açılması istiqamətində müzakirələr aparılır:

“Qlobal əhali, xüsusilə şəhərlərdə sürətlə artır. Növbəti onilliklərdə milyonlarla gənc əmək bazarına daxil olacaq. Buna görə də builki forumda şəhərlərin daha yaxşı planlaşdırılması və şəhərsalma inkişafından gələcək nəsillər üçün daha çox iş yerinin yaradılması məqsədilə səmərəli istifadə olunması əsas müzakirə mövzularındandır”.

L.Braun forumun qərar qəbul edən şəxslər, vətəndaş cəmiyyəti institutları və ictimaiyyət üçün qlobal çağırışların həllinə töhfə verən vacib platforma olduğunu əlavə edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.