Home » Dünya Bankının Azərbaycanda həyata keçirdiyi proqramlar müzakirə olunub

Dünya Bankının Azərbaycanda həyata keçirdiyi proqramlar müzakirə olunub

by ulviyya
0 rəy 2 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyində Dünya Bankının Davamlı İnkişaf üzrə regional direktoru ilə görüşdə Bankla əməkdaşlığın genişləndirilməsi məqsədilə hazırlanmış Yol Xəritəsi müzakirə edilib.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun Davamlı İnkişaf üzrə regional direktoru Sameh Naquib Vahba ilə görüşüb. Görüşdə Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə hazırlanmış Yol Xəritəsi təqdim edilib. Yaşıl və dayanıqlı şəhərlər, rəqəmsallaşma, gəmiqayırma sənayesinin inkişafı, bərpa olunan enerji mənbələrindən istifadənin artırılması, məşğulluğa dəstək və digər layihələr barədə məlumat verilib.

Sameh Naquib Vahba Dünya Bankının Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Əməkdaşlığın genişləndirilməsi məqsədilə hazırlanmış Yol Xəritəsinin tərəfdaşlığı gücləndirəcəyini diqqətə çatdırıb. Regional direktor BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ev sahibi kimi Azərbaycanı təbrik edib. Təşkilatın COP29-la bağlı Azərbaycana dəstək göstərməyə hazır olduğunu bildirib.

Görüşdə Azərbaycan və Dünya Bankı arasında işbirliyinin müxtəlif istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, qurumun Azərbaycanda xüsusilə şəhər, su və kənd təsərrüfatı sahələrində həyata keçirdiyi proqramlar və gələcək layihələr müzakirə edilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.