Home » Dünya markası Amazon zirvədəki yerini qoruyub

Dünya markası Amazon zirvədəki yerini qoruyub

by bbnadm
0 rəy 0 baxış 3 dəqiqə oxuma

Dünyanın ən qiymətli markası olan Amazonun marka dəyəri bu il 220,8 milyard dollara çatıb. İlk üçlükdə Google 160 milyard dollar ilə 2-ci, Apple 141 milyard dollar ilə 3-cü sırada qərarlaşıb..

“Brand Finance” tərəfindən hazırlanan “Dünyanın Ən Qiymətli 500 Markası-Qlobal 500-2020” araşdırması başa çatıb.

Araşdırmalara görə, keçən il marka dəyəri 187.9 milyard dollar olan Amazon dəyərini 17.5 faiz artıraraq 220.8 milyard dollara yüksəldib.

Dünyanın nəhəngləri arasında Google marka dəyərini 11,9 faiz artıraraq 159.7 milyard dollara çatması ilə ikinci yerdə, Apple’ın marka dəyəri isə əvvəlki ilə nisbətən 8.5 faiz azalaraq 141 milyard dollara düşüb və şirkət üçüncü yerdə qərarlaşıb.

Qeyd edilmiş siyahıda ABŞ-ın “Microsoft” şirkəti 117 milyard dollarla 4-cü, Cənubi Koreyanın “Samsung” şirkəti 94.5 milyard dollarla 5-ci, Çin ICBC 80.8 milyard dollarla 6-cı, ABŞ Facebook 79.8 milyard dollar ilə 7-ci, ABŞ Walmart 77,5 milyard dollar ilə 8-ci, Çin Ping An 69 milyard dollar ilə 9-cu, Huawei isə 65 milyard dollar ilə 10-cu sırada qərarlaşıb.

Bu il dəyərini ən yüksək nisbətdə artıran marka 65% ilə ABŞ-ın Tesla avtomobil şirkətidir. Tesla marka dəyərini keçən il 7,5 milyard dollardan bu il 12,4 milyard dollara yüksəldərək siyahıdakı 264-cü yerdən 147-ci yerə yüksəlib.

Ən çox dəyər itirən markalar Çin texnologiya şirkəti Baidu və 54% ilə ABŞ mediası olan Fox şirkəti olub.

Tədqiqat nəticələrinə görə ABŞ ölkələr arasında birinci yerdədir. Qlobal 500 siyahısındakı şirkətlərdən 205-i ABŞ şirkəti, 70-i Çin, 36-sı Yapon, 32-si Fransız, 21-i Alman, 20-si İngiltərəyə məxsus şirkətlərdir.

Dünyanın ən dəyərli 500 markası arasında ilk 20 şirkət aşağıdakı kimi sıralanıb (milyard dollar ilə):

2020 sıraMarka AdıÖlkəSektorMarka Dəyəri
Marka Dəyərindəki fərq (%)
(2019-2020)
1AmazonABŞPərakəndə220.79117,5
2GoogleABŞTexnologiya159.72211,9
3AppleABŞTexnologiya 140.524-8,5
4MicrosoftABŞTexnologiya 117.072-2,1
5Samsung GroupCənubi KoreyaTexnologiya 94.4943,5
6ICBCÇinBankçılıq80.7911,2
7FacebookABŞMedia79.804-4,1
8WalmartABŞPərakəndə 77.52014,2
9Ping AnÇinSığorta69.04119,8
10HuaweiÇinTexnologiya 65.0844,5
11Mercedes-BenzAlmaniyaAvtomobil65.0417,8
12VerizonABŞTelekommunikasiya 63.692-10,5
13China Construction BankÇinBankçılıq62.602-10,2
14AT&TABŞTelekommunikasiya59.103-32,1
15ToyotaYaponiyaAvtomobil58.07611,1
16State GridÇinXidmət Sektoru56.96511,1
17DisneyABŞMedia56.12322,7
18Agricultural Bank Of ChinaÇinBankçılıq54.658-0,7
19WeChatÇinMedia54.1466,8
20Bank of ChinaÇinBankçılıq50.630-0,7

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.