E.Rüstəmov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildi

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətlərinə görə Elman Sirac oğlu Rüstəmov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 iyun 2022-ci il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır