Home » EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb

EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb

by yunus
0 comments 0 views 2 minutes read

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın iqtisadi artımını 2025-ci ildə 3 %, 2026-cı ildə isə 2,5 % səviyyəsində proqnozlaşdırır.

BBN.az xəbər verir ki, bankın “Regional iqtisadi perspektivlər” hesabatının may buraxılışında qeyd olunub ki, ölkənin ÜDM-i 2025-ci ildə 3 %, 2026-cı ildə isə 2,5 % artacaq. Bu proqnozlar fevral ayındakı təxminlərlə eyni səviyyədə saxlanılıb.

2024-cü ildə Azərbaycanın iqtisadi artımı 4,1 % təşkil edib. Bu göstərici ötən ilin 1,4 %-lik artımı ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib. Əsas artım mənbələri isə qeyri-neft sektorunun fəallığı və irimiqyaslı dövlət investisiyaları olub. Qeyri-neft sahəsində artım 6,2 % təşkil edib ki, bu da tikinti, İKT, nəqliyyat və turizm sahələrindəki canlanma ilə izah olunur.

EBRD bildirir ki, iqtisadi fəallıq həmçinin əhalinin real gəlirlərinin artması, həm də infrastruktur layihələrinə yönələn iri investisiyalar hesabına dəstəklənib. 2024-cü ilin mart ayından başlayaraq Avropaya qaz ixracının artması fonunda neft-qaz sektoru da dirçəlmə mərhələsinə daxil olub.

Bununla belə, 2025-ci ilin ilk rübündə iqtisadi artım əldə olunan yüksəlişi qoruya bilməyib – real ÜDM cəmi 0,3 % artıb. Bu, əsasən neft və qaz hasilatının azalması ilə əlaqələndirilir.

İnflyasiya göstəricilərinə gəlincə, 2024-cü ilin aprelində illik inflyasiya 0 %-ə düşərək son 9 ilin ən aşağı səviyyəsi olub. Lakin 2025-ci ilin martına doğru inflyasiya 5,9 %-ə yüksəlib, bu da əsasən ərzaq məhsulları və xidmətlərin bahalaşması ilə bağlıdır.

Azərbaycan Mərkəzi Bankı (AMB) inflyasiya təzyiqlərinin azalmasına cavab olaraq əsas uçot dərəcəsini 2023-cü ilin noyabrında 9 %-dən 2024-cü ilin mayında 7,25 %-ə endirib. Eyni zamanda, kreditləşmənin sürətli artımı fonunda AMB 2025-ci ilin martından etibarən 0,5 %-lik kontrtsiklik kapital buferi tətbiq edib.

Şərqi Avropa və Qafqaz regionunda isə iqtisadi artım 2023-cü ildəki 4,5 %-dən, 2024-cü ildə 3,9 %-ə qədər azalıb. EBRD 2025-ci ildə bu göstəricinin 3,5 %, 2026-cı ildə isə 4,3 % olacağını proqnozlaşdırır.

Azərbaycan İqtisadiyyat Nazirliyinin rəsmi proqnozuna görə, ölkədə ÜDM-in artımı 2025-ci ildə 3,7 %, 2026-cı ildə isə 3,2 % təşkil edəcək.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.