Home » EBRD “Bank Respublika”ya böyük məbləğdə “yaşıl kredit” ayırıb – Foto

EBRD “Bank Respublika”ya böyük məbləğdə “yaşıl kredit” ayırıb – Foto

by anar
0 comments 2 views 1 minutes read

Bank Respublika və EBRD Azərbaycanda yaşıl iqtisadiyyatın dəstəklənməsi üçün iri həcmli kredit sazişi imzalayıb.

Ölkənin ən böyük kommersiya banklarından biri olan Bank Respublika və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda yaşıl iqtisadiyyatın dəstəklənməsinə yönəlmiş layihələrin maliyyələşdirilməsi üçün böyük kredit sazişi imzalayıb.

Kredit Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Şərq Tərəfdaşlığı Ölkələrində Kiçik və Orta Müəssisələrin Rəqabət Qabiliyyətinin Təkmilləşdirilməsi və İnklüzivləşdirilməsi Proqramı çərçivəsində verilib. Müqaviləyə əsasən, beynəlxalq maliyyə institutu Banka 3 il müddətinə Azərbaycan manatı (AZN) ilə 7,5 milyon ABŞ dolları məbləğində sintetik kredit təqdim edəcək.

Təqdim edilən vəsaitlər ekoloji cəhətdən təmiz texnologiyalar və istehsal üsullarını tətbiq edən kiçik və orta müəssisələrin (KOB) dəstəklənməsi üçün istifadə olunacaq. Bunlar enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji mənbələrindən istifadə, tullantıların minimuma endirilməsi və karbon izinin azaldılması layihələridir.

Bu əməkdaşlığın məqsədi Azərbaycanda davamlı inkişafı dəstəkləmək və yaşıl iqtisadiyyata keçidi təşviq etməkdir. Kredit ekoloji layihələrin həyata keçirilməsi, biznes infrastrukturunun təkmilləşdirilməsi və ekoloji cəhətdən məsuliyyətli qərarların qəbuluna yönəlmiş müəssisələrin stimullaşdırılması üçün mühüm mənbə rolunu oynayacaq.

Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.