Home » Əli Əsədov: Azərbaycan investisiya dialoqu üçün öz beynəlxalq platformasını yaradıb

Əli Əsədov: Azərbaycan investisiya dialoqu üçün öz beynəlxalq platformasını yaradıb

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycan 2025-ci ildə Birinci Beynəlxalq İnvestisiya Forumunu keçirərək investisiya dialoqu üçün öz beynəlxalq platformasını formalaşdırıb.

BBN.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Daşkənd Beynəlxalq İnvestisiya Forumu hər il dövlətlərin, biznes dairələrinin və beynəlxalq maliyyə institutlarının daha çox nümayəndəsini bir araya gətirir. Azərbaycan da bu cür təşəbbüsləri beynəlxalq investisiya əməkdaşlığının gücləndirilməsi baxımından mühüm platforma hesab edir.

Baş nazir qeyd edib ki, ötən il keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu investorlar, biznes nümayəndələri və beynəlxalq maliyyə institutları tərəfindən böyük maraqla qarşılanıb.

Ə.Əsədov vurğulayıb ki, əldə olunan uğurun davamı olaraq cari ilin sentyabr ayında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək. O, forumda iştirak etmək üçün bütün tərəfdaşları Azərbaycana dəvət edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.