Home » Əli Əsədov: Son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard dollardan çox investisiya yatırılıb

Əli Əsədov: Son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard dollardan çox investisiya yatırılıb

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycan ardıcıl olaraq açıq iqtisadiyyat və sahibkarlıq fəaliyyətinin təşviqi siyasətini həyata keçirir.

BBN.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox investisiya yatırılıb. Bu məbləğin təxminən yarısını xarici investisiyalar təşkil edib.

Onun sözlərinə görə, ölkədə investorların hüquqlarının qorunmasını, investisiyaların toxunulmazlığını, kapitalın sərbəst hərəkətini və bazar iştirakçıları üçün bərabər şəraiti təmin edən müasir qanunvericilik bazası yaradılıb.

Ə.Əsədov qeyd edib ki, Azərbaycanın əsas üstünlüklərindən biri Avrasiyanın mühüm nəqliyyat marşrutlarının kəsişməsində yerləşən strateji coğrafi mövqeyidir. Həyata keçirilən infrastruktur layihələri ölkəni regionun aparıcı nəqliyyat-logistika mərkəzlərindən birinə çevirib.

Baş nazir vurğulayıb ki, Azərbaycan nəqliyyat infrastrukturu, dəniz limanları, dəmir yolları və avtomobil magistrallarının inkişafına investisiya yatırmağa davam edir. Bu layihələr regional əlaqələrin güclənməsinə və biznes imkanlarının genişlənməsinə xidmət edir.

Əli Əsədov həmçinin yaşıl enerji sektorunu investisiyalar üçün perspektivli istiqamət kimi qiymətləndirib. O bildirib ki, Azərbaycan enerji balansında bərpa olunan enerji mənbələrinin payını artırmağı hədəfləyir və bu məqsədlə günəş və külək enerjisi üzrə iri layihələr həyata keçirilir, beynəlxalq şirkətlər cəlb olunur və yeni investisiya imkanları yaradılır

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.