Home » Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək göstərilir

Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək göstərilir

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

DOST Agentliyi və UNICEF birgə layihə həyata keçirir. Layihə çərçivəsində 5 saylı Bakı DOST Mərkəzində qrup görüşü keçirilib. Görüş “Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək” layihəsi çərçivəsində Tələbələrin Akselerasiya Proqramı (TAP) üzrə baş tutub. Görüşdə Bakı və Sumqayıt universitetlərinin tələbə və məzunları iştirak edib. DOST Agentliyi, Dövlət Məşğulluq Agentliyi, UNICEF Azərbaycan və peşəkar təlimçilər tərəfindən təlim proqramı, layihənin növbəti mərhələləri, mövcud imkanlar barədə tələbələrə ətraflı məlumat verilib, interaktiv təqdimatlar keçirilib. Hazırda layihənin üçüncü mərhələsi üçün təcrübə proqramları və əmək yarmarkasına hazırlıq işləri aparılır.

2023-cü ilin oktyabr ayından icrasına başlanan layihə UNICEF-in Azərbaycan üzrə “2021-2025-ci illər üçün ölkə proqramı” və UNICEF Azərbaycan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış “Sosial müdafiə və uşaq müdafiəsi üzrə 2023-2024-cü illər üçün dövri fəaliyyət planı”na əsasən həyata keçirilir.

Məqsəd gənclərin sosial-emosional, rəqəmsal və iş həyatına keçidi üçün zəruri bacarıqlarının inkişafı, uğurlu şəxslərin təcrübə və iş imkanlarından yararlanması və məşğulluq imkanlarının artırılmasıdır. Layihənin daha bir məqsədi dövlət və özəl müəssisələrlə əməkdaşlıq əlaqələrinin qurulması və əlilliklə bağlı mənfi davranış və strereotiplərin dəyişdirilməsidir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.