Home » Elon Mask Hindistana sərmayə yatırmağı planlaşdırır

Elon Mask Hindistana sərmayə yatırmağı planlaşdırır

by anar
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Tesla-nın baş direktoru Elon Musk Hindistana “mümkün qədər tez” investisiya etmək istədiyini bəyan etdi.

BBN.az xəbər verir ki, Hindistanın baş naziri Narendra Modi dünyanın ən sıx məskunlaşdığı ölkədə inkişafı dəstəkləmək üçün ABŞ-a səfər edib. Elon Musk baş nazir ilə görüşündən sonra Tesla-nın Hindistana əhəmiyyətli sərmayə qoyacağını bildirdi.

Musk görüşdən sonra jurnalistlərə açıqlamasında “Mən əminəm ki, Tesla Hindistanda olacaq və biz bunu ən qısa zamanda edəcəyik. Məncə, bu, Hindistana əhəmiyyətli bir sərmayə ola bilər” deyə söyləyib.

Mask həmçinin əlavə edib ki, gələn il bu ölkəyə səfər etməyi planlaşdırır. “Baş nazirə dəstəyinə görə təşəkkür etmək istəyirəm və ümid edirəm ki, çox da uzaq olmayan gələcəkdə qərarımızı elan edə biləcəyik” deyə Tesla CEO-su Elon Musk bildirib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.