Home » Əmək sahəsi üzrə 20 yeni milli standartın layihələri hazırlanıb

Əmək sahəsi üzrə 20 yeni milli standartın layihələri hazırlanıb

by anar
0 comments 0 views 1 minutes read

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən “Əmək sahəsində” standartlaşdırma (AZSTAND/TK 21) üzrə Texniki Komitə əmək sahəsi üzrə 20 yeni milli standartın layihələrini hazırlayıb.

Bu barədə Komitənin növbəti iclasında bildirilib.

Layihələrin əməyin təhlükəsizliyi və mühafizəsi, fərdi mühafizə vasitələri, istehsal avadanlığı, təhlükəsiz əmək şəraitinin yaradılması, təhlükəli və zərərli istehsalat amilləri və s. sahələri əhatə etdiyi qeyd olunub.

Yeni layihələrə dair fikir mübadiləsi aparılıb və onların təsdiq üçün təqdim edilməsi qərara qəbul olunub. Həmçinin əmək və peşə sahəsi, işlərin təhlükəsiz icrası, işçilərin sağlamlığının qorunması, standartlaşma işinin təşkili, habelə Komitənin gündəliyinə uyğun digər məsələlər müzakirə olunub.

AZSTAND/TK 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Həmkarlar İttifaqları Konfederasiyası daxildir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.