Home » Əmlak Məsələləri Dövlət Xidməti 2025-ci ildə 2,6 milyondan çox elektron xidmət göstərib

Əmlak Məsələləri Dövlət Xidməti 2025-ci ildə 2,6 milyondan çox elektron xidmət göstərib

by Zeyneb
0 comments 2 views 1 minutes read

2025-ci ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 2,6 milyondan çox elektron xidmət göstərib.

Məlumata görə, qurum ötən il daha 4 xidmətini elektronlaşdırıb. Hazırda 39 elektron xidmət istifadəçilərin ixtiyarındadır. Bu xidmətlər həm Elektron hökumət portalı (www.e-gov.az), həm də İqtisadiyyat Nazirliyinin elektron xidmətlər portalı (https://e-services.economy.gov.az/services) üzərindən təqdim olunur.

Bununla yanaşı, dövlət əmlakının özəlləşdirilməsi üzrə hərraclarda iştirak üçün sifarişlərin qəbulu da elektron qaydada həyata keçirilir.

Dövlət Xidməti innovasiyaların tətbiqi, xidmət sahəsinin genişləndirilməsi, prosedurların optimallaşdırılması və vətəndaş məmnunluğunun artırılması istiqamətində fəaliyyətini davam etdirir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.