Home » ƏN, AMB və ABA arasında onlayn görüş keçirilmişdir

ƏN, AMB və ABA arasında onlayn görüş keçirilmişdir

by Aytac
0 comments 0 views 1 minutes read

3 mart 2025-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasyasının nümayəndələrinin  iştirakı ilə onlayn görüş keçirilmişdir.

Görüşdə ipoteka əmlaklarının reallaşdırılması ilə bağlıelektron hərracların keçirilməsi məsələləri müzakirə edilmiş, tərəfləri maraqlandıran suallara aydınlıq gətirilmiş və qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılmışdır. İcra xidməti ilə ABA arasında bundan sonra da qarşıya çıxan məsələlərin birgə müzakirəsinin vacibliyi və  tərəflərin nümayəndələrindən ibarət İşçi Qrup çərçivəsində davam etdirilməsi qərara alınmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.