Home » Energetika naziri Denverdə Milli Bərpa Olunan Enerji Laboratoriyasında (NREL) olub

Energetika naziri Denverdə Milli Bərpa Olunan Enerji Laboratoriyasında (NREL) olub

by anar
0 comments 0 views 1 minutes read

Energetika naziri Pərviz Şahbazov ABŞ-yə səfəri çərçivəsində Denver şəhərində yerləşən Milli Bərpa Olunan Enerji Laboratoriyasında (NREL) olub. Nazir bərpa olunan enerji və enerji səmərəliliyi texnologiyalarının tədqiqatı, inkişafı, tətbiqi yolu ilə enerji transformasiyasında mühüm rol oynayan laboratoriyanın fəaliyyəti ilə tanış olub. Günəş, külək, hidro, bioenerji, hidrogen, bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası sahələrində inkişaf proseslərini, yenilikləri əks etdirən tədqiqatlara dair təqdimatlar dinlənilib.

Təhlükəsiz, dayanıqlı gələcək enerji sistemlərinə səmərəli keçidi təşviq edən “Enerji Sistemlərinin İnteqrasiyası”, hidrogenin istehsalı, saxlanması, nəqli və istifadəsinə dair araşdırma və inkişaf tədbirlərini həyata keçirən “Hidrogen Tədqiqatları” və “Elmi-Texnoloji” mərkəzlərə baş çəkilib. Milli Bərpa Olunan Enerji Laboratoriyası ilə tərəfdaşlıq imkanları dəyərləndirilib və əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.