Home » Energetika Nazirliyində kollegiya iclası keçirilib

Energetika Nazirliyində kollegiya iclası keçirilib

by yunus
0 comments 0 views 1 minutes read

Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə kollegiya iclası keçirilib. Hibrid formatda təşkil olunan iclasda kollegiya üzvləri, Nazirliyin struktur bölmələri və tabeli qurumların nümayəndələri iştirak ediblər.

Kollegiya sədri çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasətə uyğun olaraq Energetika Nazirliyinin qarşısında duran vəzifələri qeyd edib, tapşırıqların vaxtında və səmərəli icrasının əhəmiyyətini vurğulayıb. Daha sonra iclasın gündəliyi elan edilib və məruzələr üçün söz çıxışçılara verilib.

Gündəliyə uyğun olaraq enerji balansının hazırlanması, təsdiqi və icrasına nəzarətlə bağlı müvafiq normativ hüquqi aktdan irəli gələn tapşırıqların icra vəziyyəti barədə geniş təqdimat edilib. Enerji balansı üzrə məlumatların toplanması, emalı və ümumiləşdirilməsi, həmçinin aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsinə dair həyata keçirilmiş koordinasiya tədbirləri haqqında məlumat verilib.

2024-cü il ərzində nazirlikdə icra intizamının vəziyyəti və vətəndaş müraciətlərinə baxılmasına dair hesabat dinlənilib, sənədlərlə iş və nəzarət mexanizmləri sahəsində görülmüş tədbirlər ətraflı təhlil olunub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarından irəli gələn, həmçinin nazirliyin iş planı üzrə tapşırıqların icra səviyyəsi nəzərdən keçirilib.

İclasın yekununda kollegiya sədri müzakirə olunan məsələlər üzrə müvafiq tapşırıqlar verib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.