Home » Energetika Nazirliyində növbəti vətəndaş qəbulu keçirilib

Energetika Nazirliyində növbəti vətəndaş qəbulu keçirilib

by anar
0 comments 0 views 0 minutes read

Energetika naziri Pərviz Şahbazov Bakı şəhəri, Qusar və İmişli rayonlarından olan vətəndaşları qəbul edib.

Nazirlikdə təşkil olunmuş qəbul zamanı qaz xəttinin yerinin dəyişdirilməsi, enerji sərfiyyatı üzrə borcun yaranması, elektrik enerjisinin keyfiyyəti, elektrik təsərrüfatının yenilənməsi, elektrik və qaz sayğaclarının quraşdırılması, elektrik xəttinin mühafizə zolağı, işlə təminat və digər istiqamətlərdə müraciətlər dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet saytında yerləşdirilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.