Home » Energetika Nazirliyində Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru ilə görüş keçirilib

Energetika Nazirliyində Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru ilə görüş keçirilib

by anar
0 comments 2 views 1 minutes read

Energetika naziri Pərviz Şahbazov Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Koopman ilə görüşüb.

Görüşdə Azərbaycanla Avropa İttifaqının (Aİ) enerji sahəsində strateji tərəfdaşlığının prioritetləri, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində rolu,   eləcə də yeni ölkələrin Azərbaycan qazının alıcıları sırasına qoşulması məsələləri müzakirə edilib. Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edildiyi bildirilib. Qeyd olunub ki, təbii qazla yanaşı, bərpa olunan enerji və enerji səmərəliliyi və digər mühüm istiqamətlər enerji sahəsində strateji tərəfdaşlığa dair Azərbaycanla Aİ arasında imzalanmış Anlaşma Memorandumunda öz əksini tapıb və bu sənəd ikitərəfli enerji münasibətlərinin əsasını təşkil edir.

Görüşdə elektrik enerjisinin ötürülməsi üzrə regional enerji bağlantıları xüsusunda Azərbaycanla Avropa arasında Qara dənizdən keçməklə, Naxçıvan və Gürcüstan üzərindən planlaşdırılan layihələrdən də bəhs edilib. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin ENTSO-E-nin 2026-2036-cı illər üzrə Şəbəkə İnkişaf Planına (TYNDP) daxil edilməsi, həmçinin “Ortaq Maraqlar Layihəsi” (PMI) statusunun əldə olunması ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan, Azərbaycan və Türkiyəni əlaqələndirəcək yeni marşrutun Mərkəzi Asiya ilə Avropanı birləşdirəcək strateji enerji dəhlizi rolunu oynayacağı qeyd edilib.

Söhbət zamanı bərpa olunan enerji layihələrinin, xüsusilə günəş və külək enerjisinin istehsalı və ötürülməsi istiqamətində Avropa şirkətləri ilə əməkdaşlıq imkanları dəyərləndirilib. Azərbaycan-Aİ Enerji Dialoqu, Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.