Home » “Equinor” şirkətinin “yaşıl hidrogen” üzrə təcrübəsi öyrənilir

“Equinor” şirkətinin “yaşıl hidrogen” üzrə təcrübəsi öyrənilir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Energetika Nazirliyi və Norveçin “Equinor” şirkətinin birgə təşkilatçılığı ilə onlayn formatda seminar keçirilib. Tədbir Energetika Nazirliyi və “Equinor” şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində “yaşıl hidrogen” sahəsində məlumat və təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil edilib.

Seminarda yeni dayanıqlı enerji növləri, xüsusilə bərpa olunan enerji və hidrogen enerjisi üzrə beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyi qeyd edilib, “Equinor” şirkətinin hidrogen sahəsində geniş təcrübəyə malik olduğu, şirkətin “yaşıl hidrogen” strategiyasının təmiz və dayanıqlı enerji, az karbonlu hədəfləri əhatə etdiyi vurğulanıb.

Sonra “Equinor” şirkətinin mütəxəssisləri tərəfindən “yaşıl hidrogen” mövzusunda təqdimat nümayiş etdirilib. Hidrogen bazarları, “Equinor” şirkətinin hidrogen strategiyası, şirkətin həyata keçirdiyi layihələr barədə geniş məlumat verilib.

Seminarda Azərbaycanda gələcəkdə hidrogen layihələrinin həyata keçirilməsi, elektrik enerjisi bazarında hidrogenin iqtisadi cəhətdən səmərəliliyi ilə bağlı fikir mübadiləsi aparılıb, seminar iştirakçılarının sualları cavablandırılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.