Home » “Facebook” son 3 ayda Azərbaycandakı bazar payının yarısını itirib

“Facebook” son 3 ayda Azərbaycandakı bazar payının yarısını itirib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Bu ilin may ayında Azərbaycanda sosial media bazarının ən böyük payına “YouTube” sahib olub.

“Statcounter” agentliyinin məlumatına görə, bütün platformalar – kompüter, mobil cihazlar və planşetlər üzrə hesablamalarda “YouTube”un bazar payı 33,52 % təşkil edib. Bu göstərici aprel ayı ilə müqayisədə 6,25 faiz bəndi artsa da, ötən ilin eyni dövrünə nisbətən 3,57 faiz bəndi azalıb.

Sosial media bazarında ikinci yerdə “Facebook” qərarlaşıb. Platformanın bazar payı aylıq müqayisədə 8,34 faiz bəndi azalaraq 20,49 %-ə düşüb. Bununla belə, illik müqayisədə göstərici 5,3 faiz bəndi artıb. Son üç ay ərzində isə “Facebook”un bazar payı təxminən iki dəfə azalıb.

Üçüncü pillədə yer alan “Instagram”ın bazar payı may ayında 0,22 faiz bəndi artaraq 18,49 %-ə yüksəlib. Bununla yanaşı, platformanın bazar payı ötən ilin eyni dövrü ilə müqayisədə 5,68 faiz bəndi azalıb.

Dördüncü sırada qərarlaşan “X” (keçmiş Twitter) platformasının bazar payı aylıq müqayisədə 1,67 faiz bəndi, illik müqayisədə isə 0,96 faiz bəndi artaraq 8,29 %-ə çatıb.

İlk beşliyi isə 7,97 %-lik göstərici ilə “Pinterest” tamamlayıb. Platformanın bazar payı aprel ayı ilə müqayisədə 2,46 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,93 faiz bəndi azalıb.

Beləliklə, may ayında Azərbaycan sosial media bazarında liderlik mövqeyini “YouTube” qoruyub saxlayıb, ən böyük aylıq geriləmə isə “Facebook”da qeydə alınıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.