Atlanta FED prezidenti Raphael Bostic inflyasiyanın Mərkəzi Bankın 2 faizlik hədəfinə qaytarılmasının onun prioriteti olduğunu bildirib.
BBN.az xəbər verir ki,cümə axşamı günü danışan Bostic, “İnflyasiyaya gəlincə, bu, hələlik ilk işmizdir”, – deyib.
“Pul siyasəti iqtisadi inkişafın davam etdirilməsi üçün geniş şəraitin yaradılmasına kömək edə bilər”, – deyə Bostic əlavə edib.
Qeyd edək ki, 2022-ci ilin mart ayından bu yana faiz dərəcələrini 5 faiz bəndindən çox artıran FED rəsmiləri istiqraz faizlərindəki son artımın maliyyə şərtlərini sərtləşdirdikdən sonra, gələn ay siyasəti sabit saxlamağa meylli olduqlarının siqnalını veriblər. Federal Ehtiyatlar Sisteminin (FED, Mərkəzi Bank) prezidenti Jerome Powell cümə axşamı başqa bir tədbirdə siyasətçilərin “ehtiyatla irəlilədiklərini” bildirib.