0
ABŞ Mərkəzi Bankı (FED) son 14 ayda ardıcıl 10-cu dəfə faiz dərəcələrini artırıb, söhbət isə 0.25%-lik artımdan gedir.
BBN.az NBC News TV kanalına istinadən xəbər verir ki, Mərkəzi Bankın faiz artımına getməsinə səbəb isə ölkədəki yüksək inflyasiya ilə mübarizə aparmaqdır.
Əlavə edək ki, son artımdan sonra ABŞ-da faiz dərəcələri 5-5.25 arasında dəyişir. Bu rəqəm isə 2022-ci ilin martındakı 0-dan yuxarıda qeyd edilənə çatıb.
Eyni zamanda FED sədri Jerome Powell bunun sonuncu olmadığı siqnalını da verib.