0
Dünyanın qabaqcıl avtomobil istehsalçılarından olan “Fiat Chrysler” (FCA) koronavirus səbəbilə Avropadakı zavodlarında 27 marta qədər istehsalı dayandırıb.
FCA-dan verilən açıqlamada, bu qərarın əsas məqsədinin istehsalı azaltmaqla tələb və təklifin uzlaşdırılması olduğu bildirilib. Açıqlamadan dərhal sonra, şirkətin səhm dəyəri 5.86% geriləyib.
Yaxın zamanda, digər bir İtalyan brendi olan “Ferrari”nin də iki zavodunu bağlayacağı ehtimal edilir.