

Etibarlı brendi və güclü şəbəkəsinə arxalanaraq, rəqəmsal ödənişlərdə qlobal lider yeni ödəmə texnologiyalarını təqdim etməklə, innovativ həlləri istifadəyə verməklə və tərəfdaşlıqlar qurmaqla ödəmələrin çevikliyi və təhlükəsizliyi artırır və ödənişlərin qəbulu infrastrukturunu genişləndirir.
Yeni məhsulların ümumdünya təqdimatında həsr olunmuş Visa Global Product Drop tədbirində Visa şirkəti ticarətin gələciyinə öz baxışını paylaşdı. İstehlakçılara ağıllı alətlərdən istifadə edərək məhsulları kəşf etməyə və satın almağa imkan verən süni intellektlə işləyən qabaqcıl texnologiyalar, eləcə də yeni strateji tərəfdaşlıqlar və innovativ məhsullar nümayiş etdirildi.
“Dünyada yeni ödəmə üsulları peyda olduqca, onların fəaliyyəti üçün həmişə əlçatan olan, təhlükəsiz, etibarlı, miqyasartırma imkanlarını təmin edən və innovativ inkişafa yol açan şəbəkə tələb olunur, – Visa-nın baş direktoru Rayan Mak-İnerni /Ryan McInerney/ bildirdi. – Biz şəbəkəmizin gücündən və çoxillik təcrübəmizdən istifadə edərək, ticarəti köklü dəyişdirəcək, süni intellektlə işləyən ödənişlərin təhlükəsizliyini təmin edəcək və onlara inam yaradacaq yeni məhsullar və həllər kəşf edirik.”
Məhsulların inkişafı vektoru
Visa nümayəndələri tədbiri açaraq bəyan etdilər ki, süni intellekt (Sİ) və rəqəmsal ticarətin bir araya gəlməsi nəticəsində istehlakçıların məhsul və xidmətləri axtarış və satın alma tərzi köklü şəkildə dəyişək. Yaxın gələcəkdə istehlakçılar Sİ agentlərinə onların adından sifarişləri nəzərdən keçirmək, seçmək, alış-veriş etmək və idarə etmək imkanı verəcəklər. Bunun üçün Sİ agentləri təkcə istifadəçilər tərəfindən deyil, həm də banklar və satıcılar tətəfindən etibar qazanmalı olacaqlar. Visa tərəfdaşlarımız olan AI platformalarına, texnoloji şirkətlərə, banklara, finteklərə, satıcılara və digərlərinə – şəbəkəmizə asan qoşulmaq imkanı verməklə süni intellektlə işləyən ticarətə etibar qazandırmaq niyyətindədir. Qırıntısız və təhlükəsiz rəqəmsal ödəmələr şəbəkəsi vasitəsilə daha çox alıcı və satıcını birləşdirmək Visa-nın missiyasında növbəti addımdır.
Təqdimatın başlıca mövzusu Visa Intelligent Commerce adlı yenilikçi təşəbbüs oldu. O, gerçək süni intellekt əsasında qurulmuş ilk nəsil ticarət həllərini işləyib hazırlayan tərtibatçılar və mühəndislər üçün Visa ödəmə şəbəkəsini açıq edir. Şirkət həmçinin bütün dünyada maliyyə xidmətlərinə çıxışını genişləndirəcək yeni “steyblkoyn” tərəfdaşlıqlarını elan etdi. Bundan əlavə, Visa Flex Credential platformasının genişləndirilməsini bəyan etdi, eləcə də ödənişləri həyata keçirmək və qəbul etmək üsullarının sayını artıran yeni məhsul və xidmətləri təqdim etdi.
Bu gün təqdim edilən yeniliklər ticarət və pul köçürmələrində həqiqətən yeni dövr açır.
Visa Intelligent Commerce: yeni dövr
Son 25 il ərzində Visa şəbəkəsi 3.3 trilyon əməliyyat emal edib. İndi isə Visa, hazırda fiziki və rəqəmsal ticarət üçün mövcud olan infrastrukturu, standartları və imkanları uyğunlaşdıraraq, Sİ əsasında işləyən ticarət üçün zəmin yaradır. İstehlakçılar tezliklə süni intellekt platformaları vasitəsilə Sİ agentlərinə öz Visa kart məlumatlarından (bu gün dünya üzrə sayı 4.8 milyarddır) istifadə etməyi tapşıra biləcəklər və belə əməliyyatlar rəqəmsal ödənişləri qəbul edən hər hansı ticarət nöqtəsində (hazırda onların qlobal sayı 150 milyonu keçib) istənilən ödəniş ssenarisi üçün keçərli olaraq.
“Tarixən Visa süni intellektdən fırıldaqçılıqla mübarizə vasitəsi kimi istehlakçıları qorumaq məqsəsilə istifadə edib. İndi isə biz süni intellektə həmçinin istehlakçıların imkanlarını gücləndirməklə rəqəmsal ticarəti əsaslı transformasiya edəcəyik, onu daha fərdiləşdirlmiş, aktual və cəlbedici hala gətirəcəyik, – deyə Rayan Mak-İnerni əlavə etdi. – Ticarətdə süni intellektdən istifadənin istənilən variantı üçün ödəniş həlledici uğur amilidir. Çünki ödənişsiz ticarət də yoxdur. Məhz bu səbəbdən Visa-nın təmin etdiyi təcrübə və etimad o qədər vacibdir.”
Süni intellektlə işləyən ticarəti lazımi sürətlə və miqyasda həyata keçirmək üçün şirkət istehlakçıların və satıcıların üstünlük verdiyi Sİ platformaları və brendləri, o cümlədən Anthropic, IBM, Microsoft, Mistral AI, OpenAI, Perplexity, Stripe və Samsung ilə əməkdaşlıq edir.
“Sİ agentləri ticarətdə nəhəng potensiala malikdirlər: ərzaq sifarişi kimi gündəlik alış-verişi optimallaşdırmaqdan tutmuş çətin əldə olunan restoran rezervasiyasını və ya konsert biletlərini sifariş etmək kimi daha mürəkkəb axtarış və qərarvermə tapşırıqlarınadək funksiyaları yerinə yetirə bilərlər, – deyərək Visa-nın məhsullar və strategiya üzrə baş direktoru Cək Forestell /Jack Forestell/ söylədi. – Bu, bir inqilabdır, çünki istehlakçı təcrübəmizə daha çox sehr və rahatlıq gətirəcək və alış-veriş tərzimizi həmişəlik dəyişdirəcək.”
Yeni məhsullar, təkmilləşmələr və imkanlar
Visa şirkətinin ödəniş şəbəkəsinin əhatə dairəsini genişləndirən, təhlükəsiz və fasiləsiz ödəniş təcrübəsini təmin edən yeni funksiya və imkanlara yatırım etməyə davam edir.
Steyblkoynlar. Visa beş ildən artıqdır ki, kriptovalyuta əməliyyatlarına rəvac verir və hazırda steyblkoynlara bağlı kartları, ödənişləri və proqramlaşdırıla bilən pulları təqdim etməklə onların istifadəsini genişləndirir. Stripe şirkətinin törəməsi olan Bridge ilə birlikdə Visa finteklərə vahid API inteqrasiyası vasitəsilə bir neçə ölkədə steyblkoynlar ilə əlaqəli kartları buraxmağa imkan verəcək yeni kart məhsulunu tərtib edir.
Flex Credential genişlənməsi. Ötən ildə Visa ödəmə kartı konsepsiyasını yenidən düşünərək Flex Credential tipli yeni nəsil kartını təqdim etdi. Belə kart sahibinə müxtəlif ödəniş üsulları – debit, kredit, BNPL (“indi al, sonra ödə”) arasında asanlıqla keçid etməyə imkan verir. Dünyada artıq milyonlarla insan bu texnologiyadan istifadə edir, və Visa kredit xətlərinə, investisiya hesablarına, bonuslara, kommersiya kartlarına və sair fürsətlərə çıxışı genişləndirməklə onun istifadəsini şaxələndirməyə planlaşdırır.
Bu gün Visa və Klarna şirkətləri ABŞ bazarında Flex Credential texnologiyasını təqdim etmək və Avropada ilk olaraq BNPL modelini debit kartı ilə birlikdə təklif etmək və bununla da istehlakçılara ödəmə üsullarında daha çox çeviklik vermək məqsədilə tərəfdaşlıq qurduqlarını elan etdilər. Təfərrüatlar bu ilin sonunda gözlənilir.
Ödəmək və ödənişləri qəbul etmək üçün daha çox üsul. Visa həmçinin bütün dünyada istehlakçılar, satıcılar və tərəfdaşlar üçün ödənişləri həyata keçirmək və qəbul etmək üçün yeni üsulları təqdim edir.
- Visa Pay, Visa şəbəkəsinə qoşulmuş rəqəmsal pulqabları ilə fiziki mağazalarda və ya onlayn olaraq şirkətin kartlarını qəbul edən yerli və beynəlxalq ticarətçilər arasında qarşılıqlı fəaliyyətə imkan verən yeni xidmətdir. Visa Pay xidmətinin beta buraxılışı Asiya, Avropa və Latın Amerikasının bir sıra ölkəsində hazır mərhələsindədir.
- Visa Accept mikro sahibkarlar üçün yeni həlldir ki, ödənişləri tələblərə cavab verən Visa debit kartına istənilən NFC funksiyalı smartfondan bir neçə kliklə qəbul etməyə imkan verir və pulqabınızdakı tək kartı milyardlarla ödəmə hesabları ilə əlaqələndirir. Visa Accept xidmətinin beta buraxılışına iyul ayında Latın Amerikası və Asiyada start veriləcək.
Visa haqqında
Visa (NYSE: V[1]) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkəsində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında hər il həyata keçirilən 215 milyarddan çox maliyyə əməliyyatlarını dəstəkləyir. Şirkətin missiyası innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın hamı üçün genişləndirilməsi bütün dünyada insanların güzəranını yaxşılaşdırır və pulların gələcək qlobal hərəkətinin əsası təşkil edəcək. Daha ətraflı məlumat üçün: visa.com.az.
[1] Nyu-York fond birjasında V simvolu ilə tanınır.