Home » Gəncədə gənclər üçün karyera dəstək tədbirləri keçirilib

Gəncədə gənclər üçün karyera dəstək tədbirləri keçirilib

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı tərəfindən Gəncədə gənclər üçün karyera dəstək təlimləri keçirilib.

Gənclərin İnkişafı və Karyera Mərkəzinin dəstəyi ilə Gənclər evində keçirilən təlimlər “Karyera planlaması” və “Sabit və dəyişkən düşüncə tərzi” olmaqla iki mövzuda olub.

Ümumilikdə 70 nəfər gəncin iştirak etdiyi təlimlərdə Agentliyin  əməkdaşları mövzu ilə bağlı bilik və təcrübələrini gənclərlə bölüşüb. Sonda iştirakçıların sualları təlimçilər tərəfindən cavablandırılıb.

Növbəti karyera dəstək tədbiri “Səyyar məsləhət” layihəsi çərçivəsində Gəncə Texnologiya Universitetində baş tutub. Mərkəzi Karyera Filialının əməkdaşları tələbələrlə görüşüb və karyera planlaması mövzusu ilə bağlı fərdi məsləhətlər verib. Layihədə müxtəlif kurslarda təhsil alan 21 tələbə iştirak edib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.