“Google” mobil bankçılıq layihəsini təxirə salıb

Beynəlxalq texnologiya nəhəngi “Google” bankçılıq sektoruna addım atmaqdan geri çəkilib. Belə ki, “Plex” brend adı altında mobil bankçılıq xidmətləri təklif etməyi planlaşdıran şirkət artıq bu fikrindən daşınıb.

2020-ci ilin noyabr ayında ilk dəfə ictimaiyyətə açıqlanan “Plex” layihəsi çərçivəsində “Google” öz texnoloji innovasiyalarından istifadə etməklə istehlakçılara mobil tətbiqetmə vasitəsilə bank hesabı açmağa və idarə etməyə imkan yaratmağı planlaşdırırdı. “Citibank” ilə tərəfdaşlıq əsasında start verilən layihənin ilkin müştəriləri olaraq 400 nəfər artıq gözləmə siyahısına qeydiyyatdan keçib.

“Google” şirkətinin rəsmisi mətbuata açıqlamasında, layihənin ləğvinin əsas səbəbi kimi pandemiyanı göstərsə də, gələcəkdə maliyyə bazarına daxil olmaq üçün daha bir neçə layihəyə start veriləcəyini açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır