

Google, internetdə yayılan fırıldaqlara qarşı mübarizəni gücləndirmək üçün süni intellektdən istifadə etdiyini açıqlayıb. Şirkət, axtarış sistemini daha ağıllı hala gətirərək, şübhəli və saxta mənbələri əvvəlkindən daha tez və dəqiq müəyyən edə bilir. Bu texnologiya sayəsində 20 dəfə çox saxta vebsayt aşkarlanıb.
BBN.az xəbər verir ki, Google Chrome-un masaüstü versiyası artıq Gemini Nano adlı süni intellekt modelindən istifadə edir. Bu sistem istifadəçiləri fişinq və digər onlayn fırıldaqlardan qorumaq üçün əlavə təhlükəsizlik qatını təmin edir. Ənənəvi qoruma ilə müqayisədə bu texnologiya iki dəfə daha effektiv işləyir.
Yeni yanaşma sayəsində süni intellekt birbaşa istifadəçinin cihazında işləyir və təhlükəli saytlar barədə dərhal xəbərdarlıq verir. Google bildirib ki, bu texnologiya müxtəlif fırıldaq üsullarını daha tez tanımağa və istifadəçiləri, xüsusilə uzaqdan texniki dəstək adı ilə aldadılan hallarda qorumağa kömək edir.