Home » ABŞ Federal Ehtiyat Sistemi işçi sayını 10% azaltmağı planlaşdırır

ABŞ Federal Ehtiyat Sistemi işçi sayını 10% azaltmağı planlaşdırır

by yunus
0 comments 1 views 1 minutes read

ABŞ Federal Ehtiyat Sistemi (FED) yaxın bir neçə il ərzində işçi heyətini 10% azaltmağı planlaşdırır.

BBN.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

İxtisarlar həm FED-in mərkəzi strukturlarını, həm də 12 regional Federal Ehtiyat Bankını (FRB) əhatə edəcək. FED sədri Cerom Pauell qurumun funksiyalarını daha səmərəli icra etmək məqsədilə struktur islahatlarına və iş təcrübələrinin yenilənməsinə ehtiyac olduğunu bildirib.

“Rəqabət qabiliyyətimizi qorumaq və üzərimizə düşən missiyaları yerinə yetirmək üçün funksiyaların birləşdirilməsi, iş proseslərinin təkmilləşdirilməsi və işçi sayının uyğun səviyyədə saxlanılması vacibdir,” – deyə Pauell qeyd edib. O əlavə edib ki, qarşıdakı illərdə FED-in ümumi işçi sayı indiki səviyyədən təxminən 10% az olacaq.

Hazırda FED-in və ona tabe olan 12 regional bankın ümumi işçi sayı təxminən 24 min nəfərdir.

Xatırladaq ki, 2025-ci ilin mart ayında ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask FED-də işçi sayının “absurd şəkildə şişirdildiyini” bəyan etmişdi.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.