Home » Hərracda 11 nəqliyyat vasitəsi və 2 texnika özəlləşdirilib

Hərracda 11 nəqliyyat vasitəsi və 2 texnika özəlləşdirilib

by anar
0 comments 0 views 1 minutes read

Mayın 27-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 8 lot üzrə 11 nəqliyyat vasitəsi və 2 texnika özəlləşdirilib.

Hərraca çıxarılan nəqliyyat vasitələri və texnikaya ümumilikdə 37 sifariş qəbul edilib. Bunlardan 13-ü onlayn qaydada həyata keçirilib.

Rəqabətli keçən hərracda start qiyməti 14.000 manat olan “BMW 740 Li” markalı avtomobil 19.100 manata, 14.400 manat olan lot üzrə 2 nəqliyyat vasitəsi isə 21.100 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://shorturl.at/tu8h0 linki vasitəsilə tanış olmaq olar.

İyun ayı üzrə növbəti hərraclar 3, 10, 11, 18 və 24 iyun tarixlərində keçiriləcək. Hərraclara 5 səhmdar cəmiyyətinin səhm paketi və 81 nəqliyyat vasitəsi çıxarılıb.

Hərraca çıxarılan əmlakların siyahısı ilə https://shorturl.at/PvLDX linki vasitəsilə tanış olmaq mümkündür.

Hərraclara iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.