Home » HSBC bankası Rusiya və Belarusdan ödənişləri qəbul etməyi dayandıracaq

HSBC bankası Rusiya və Belarusdan ödənişləri qəbul etməyi dayandıracaq

by yunus
0 comments 0 views 1 minutes read

Böyük Britaniyanın ən böyük bankı HSBC Rusiya və Belarusdan ödənişləri qəbul etməyi dayandıracağını açıqlayıb.

BBN.az xəbər verir ki, bu barədə bankın saytında yerləşdirilən məlumatda deyilir.

Bildirilir ki, yeni tədbirlərə görə bu ölkələrdən ödənişlər rədd edilə və vəsaitlər geri qaytarıla bilər.

“Əgər bu ölkələrdən ödəniş etmək və ya almaq lazımdırsa, alternativ tədbirlər görməlisiniz”, – HSBC-nin bəyanatında deyilir.

Bank bu qərarın səbəbini açıqlamayıb və müştərilərdən yaranan narahatlığa görə üzr istəyib.

Qeyd edək ki, HSBC aktivlərinə və bazar kapitallaşmasına görə ən böyük Britaniya bankıdır. 2022-ci ilin iyul ayında o, Rusiya Federasiyasındakı biznesini “Expobank”a satmaq üçün müqavilə imzalayıb. Bundan sonra bank qrupu nəhayət Rusiyanı tərk etmək niyyətində olub. Prezident Vladimir Putin bu ilin fevralında sazişi təsdiqləyib və bank mayın sonunda bağlanıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.