Amerikanın texnologiya şirkəti IBM-in gəliri bu ilin üçüncü rübündə 1 faiz artaraq 15 milyard dollara çatıb.
BBN.az xəbər verir ki, IBM bu ilin üçüncü rübü üçün balans hesabatını açıqlayıb.
Müvafiq olaraq, şirkətin bu ilin üçüncü rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 1% artaraq 15 milyard dollara çatıb. IBM ötən ilin eyni dövründə 14,8 milyard dollar gəlir əldə etmişdi
Keçən ilin üçüncü rübündə 1,7 milyard dollar xalis mənfəət açıqlayan şirkət, bu ilin eyni dövründə 330 milyon dollar xalis zərər açıqlayıb.
Qurumun 2024-cü ilin üçüncü rübündə səhm başına 36 sent zərəri var idi. IBM ötən ilin üçüncü rübündə hər səhmə görə 1,84 dollar mənfəət əldə edib.
Sözügedən dövrdə şirkətin gəliri bazar gözləntilərindən aşağı olub.
.