Home » IBM-in gəliri artıb, səhm başına mənfəəti azalıb

IBM-in gəliri artıb, səhm başına mənfəəti azalıb

by yunus
0 comments 0 views 1 minutes read

Amerikanın texnologiya nəhəngi “IBM” 2026-cı ilin aprel-iyun aylarını əhatə edən ikinci rüb üzrə maliyyə nəticələrini açıqlayıb.

BBN.az xəbər verir ki, şirkətin ikinci rübdə gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 1% artaraq 17,2 milyard ABŞ dollarına yüksəlib. Ötən ilin eyni dövründə “IBM”in gəliri 16,98 milyard dollar təşkil edib.

Şirkətin səhm başına mənfəəti isə 2025-ci ilin ikinci rübündəki 2,31 dollardan 2026-cı ilin eyni dövründə 2,27 dollara enib.

Qeyd olunur ki, “IBM”in həm gəliri, həm də səhm başına qazancı hesabat dövründə analitiklərin bazar gözləntilərindən aşağı olub.

Şirkət 2026-cı il üzrə sabit məzənnə əsasında gəlir artımının 4-5% intervalında olacağını proqnozlaşdırıb.

“IBM”in baş direktoru Arvind Krişna bildirib ki, şirkət süni intellekt və avtomatlaşdırma imkanlarından istifadə etməklə gəlir artımını və mənfəətliliyi sürətləndirmək, daxili səmərəliliyi artırmaq və innovasiyaların daha sürətli kommersiyalaşdırılmasına yönəlmiş investisiyaları genişləndirmək istiqamətində addımlar atır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.