Home » İcbari sığorta müqaviləsi olmayan 101 min işçi ilə həmin müqavilənin bağlanması təmin edilib

İcbari sığorta müqaviləsi olmayan 101 min işçi ilə həmin müqavilənin bağlanması təmin edilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti  işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmalarına elektron sistem üzərindən nəzarət tədbirlərini davam etdirir.

“Əmək müqaviləsi bildirişi” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilmiş, lakin icbari sığorta müqaviləsi olmayan işçilər üzrə işəgötürənlərin bu müqaviləni bağlaması üçün altsistemdə xəbərdarlıq məlumatları yerləşdirilib.

2020-ci ilin sonlarından başlayaraq 2021-ci ilin aprel ayında yekunlaşan qabaqlayıcı tədbirlərin ilk mərhələsində 620 işəgötürənlə bağlı e-sistem üzərindən  araşdırma aparılıb. Onlardan inzibati xəta halları aşkar olunan 156 işəgötürənlə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Bu ilin iyul ayından ikinci mərhələ kimi, 649 işəgötürənin məlumatları təhlil olunub və onlardan inzibati xəta faktları aşkarlanan işəgötürənlərlə bağlı tədbirlərin görülməsi prosesi davam etdirilir.

Ümumilikdə qabaqlayıcı və nəzarət tədbirləri nəticəsində altsistemdə qeyd olunan icbari sığorta müqavilələrinin sayında 101 min  artım özünü göstərib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.