İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara göstərilən xidmətin daha da təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə “1542” Çağrı Mərkəzinə yeni xidmət əlavə edib.
Bugündən etibarən vətəndaşlar icbari tibbi sığorta çərçivəsində müqaviləli özəl tibb müəssisələrində xidmət almaqla bağlı suallarını “1542” Çağrı Mərkəzinə ünvanlaya biləcəklər. Bunun üçün müvafiq dili seçdikdən sonra 2 düyməsini seçmək lazımdır. Məlumat üçün bildirək ki, Agentliyin Çağrı Mərkəzi 4 yönəldici xətt üzrə xidmət göstərir.
Çağrı Mərkəzinin icbari tibbi sığorta xətti (1542-1), müqaviləli özəl tibb müəssisələrində xidmət ilə bağlı xətti (1542-2), göndərişlərin verilməsi ilə bağlı xətti (1542-3), koronavirus infeksiyası ilə bağlı məlumat əldə edilməsi ilə bağlı xətti (1542-4) həftəiçi 5 gün 09:00-dan 18:00-dək, operator ilə əlaqə xətti (1542-0) isə 7/24 fəaliyyət göstərirlər.