Home » ICPC prezidenti Bakını “planetin ən ağıllı şəhəri” adlandırıb

ICPC prezidenti Bakını “planetin ən ağıllı şəhəri” adlandırıb

by Zeyneb
0 comments 1 views 1 minutes read

Bakı intellektual texnologiyalar və ideyaların mərkəzinə çevrilib. Paytaxtda Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalı keçirilir.

ICPC fondunun prezidenti Bill Pauçer Azərbaycan paytaxtını “Yer planetinin ən ağıllı şəhəri” adlandırıb.

O, jurnalistlərə açıqlamasında bildirib ki, ICPC artıq 49 ildir fəaliyyət göstərir:

“Biz həmişə istedadlı tələbələri məsələləri həll etmək bacarıqlarını inkişaf etdirməyə və öz cəmiyyətlərinə fayda gətirən sistemlər yaratmağa həvəsləndirmişik. Hazırda ICPC-nin dünya finalı Bakıda keçirilir. Bu səbəbdən, bütün bu parlaq tələbələr sayəsində, bu gün Bakı Yer planetinin ən ağıllı şəhəridir”, – B.Pauçer vurğulayıb.

Onun sözlərinə görə, ICPC-nin indiyədək təxminən 500 min məzunu olub.

“Onlar öz həmkarları ilə birlikdə bu gün etibar etdiyimiz kritik əhəmiyyətli sistemlərin, o cümlədən süni intellekt texnologiyalarının qurulmasında iştirak ediblər”, – ICPC prezidenti əlavə edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.