Home » IEA Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb

IEA Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb

by yunus
0 comments 0 views 1 minutes read

Beynəlxalq Enerji Agentliyi (IEA) Azərbaycanda 2025–2030-cu illər ərzində gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı ilə bağlı yeni proqnoz açıqlayıb.

BBN.az xəbər verir ki, bu proqnoz qurumun “Oil 2025: Analysis and forecast to 2030” adlı hesabatında yer alıb.

Hesabatda qeyd olunur ki, 2025-ci ildə ölkədə gündəlik hasilatın 590 min barel olacağı gözlənilir. Növbəti illərdə isə bu göstəricidə müəyyən dəyişikliklər baş verəcək. Belə ki, 2026-cı ildə hasilat 620 min barelə qədər artsa da, sonrakı illərdə azalma müşahidə olunacaq. 2027-ci ildə gündəlik hasilatın 600 min, 2028-ci ildə 580 min, 2029-cu ildə 560 min, 2030-cu ildə isə 550 min barel səviyyəsində olacağı proqnozlaşdırılır.

Bu rəqəmlər Azərbaycanın neft və maye karbohidrogen hasilatında yaxın illərdə tədricən azalma tendensiyasının olacağını göstərir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.