Home » İİTKM-in innovativ layihələri ilə “SEPTEM.Tech” şirkəti arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub

İİTKM-in innovativ layihələri ilə “SEPTEM.Tech” şirkəti arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub

by anar
0 rəy 2 baxış 1 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalı, Rəqəmsal Ticarət Qovşağı (DTH) və “SEPTEM.Tech” şirkətinin nümayəndələri arasında görüş keçirilib.

Görüşdə “SEPTEM.Tech” şirkətinin icraçı direktoru Eldar Babalıyev fəaliyyət istiqamətləri, xidmətləri və mövcud startapları haqqında məlumat verib. Daha sonra “Liber.Money FinTech” layihəsinin həmtəsisçisi Arsen Kazibekov qeyri-rezidentlər üçün yaradılmış innovativ startap haqqında təqdimat edib. O bildirib ki, layihə qeyri-rezidentlərə məsafədən bank hesabının açılması və maliyyənin idarə olunmasında dəstək olur.

“Azexport” portalının rəhbəri Ayxan Qədəşov qeyri-rezidentlərə bir pəncərə sistemi vasitəsi ilə rəqəmsal həllərin təklif olunmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, kağızsız ticarətin inkişafı məqsədilə DTH-də təqdim olunan rəqəmsal həllər haqqında məlumat verib. Bu istiqamətdə Rəqəmsal Ticarət Qovşağı ilə qarşılıqlı əlaqələrin və potensial əməkdaşlığın qurulması müzakirə olunub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.