Home » İkinci Azərbaycan Bankçılıq Missiyasının ABŞ-ə işgüzar səfəri başa çatdı

İkinci Azərbaycan Bankçılıq Missiyasının ABŞ-ə işgüzar səfəri başa çatdı

by Aytac
0 comments 110 views 1 minutes read

19–23 may 2025-ci il tarixlərində ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə təşkilatçılığı ilə keçirilən “Bank Uyğunluğunun və Maliyyə Bütövlüyünün Təkmilləşdirilməsi” adlı İkinci Bankçılıq Missiyası uğurla başa çatıb.

ABA-nın nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert Qrupu”nun nümayəndələrinin də iştirakı ilə baş tutmuş ikinci bankçılıq missiyasının əsas məqsədi ABŞ ilə tənzimləyici əməkdaşlığın gücləndirilməsi və maliyyə uyğunluğu sahəsində imkanların genişləndirilməsi olmuşdur.

Qeyd edək ki, son illər Azərbaycan və ABŞ bankları arasında maliyyə sahəsində əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənmiş, bu isə ticarət və biznes əlaqələrinin inkişafı üçün yeni imkanlar yaratmışdır. Azərbaycanın bank sisteminə artan inam və maliyyə institutlarının peşəkarlığının yüksəlməsi ABŞ bankları ilə güclü müxbir əlaqələrinin qurulmasında mühüm rol oynayıb.

Missiya çərçivəsində nümayəndə heyəti ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC), Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Şəbəkəsi (FinCEN), ABŞ Dövlət Departamenti, Nyu-York Federal Ehtiyat Bankı, Amerika Banklar Assosiasiyası, Citibank, BNY Mellon, Moody’s, Dentons hüquq şirkəti və Sertifikatlaşdırılmış Antipul Yuma Mütəxəssisləri Assosiasiyası (ACAMS) ilə görüşlərdə iştirak edib.

 

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.