Home » İKT şirkətlərinin nümayəndələri ilə onlayn formatda görüş keçirilib

İKT şirkətlərinin nümayəndələri ilə onlayn formatda görüş keçirilib

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

“Caspian Energy Club”ın İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) bölməsinə daxil olan ölkənin aparıcı İKT şirkətlərinin nümayəndələri ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin onlayn formatda görüşü keçirilib.

Görüş “Caspian Energy  Club”ın Baş icraçı direktoru Telman Əliyevin giriş nitqi ilə başlayıb. Sonra isə Elmir Vəlizadəyə çıxış üçün söz verilib.

Nazir müavini çıxışında hazırda, pandemiya dövründə, İKT sahəsində cari vəziyyət, görülən işlər və yaxın perspektivlər barədə məlumat verib. E.Vəlizadə unikal bir dövrdə yaşadığımızı, XXI əsrin ilk pandemiyası ilə mübarizə apardığımızı və bəşəriyyət tarixində ilk dəfə olaraq bu mübarizədə İKT-nin mühüm rol oynadığını qeyd edib. Nazirlik rəsmisi ölkədə bu müddət ərzində tətbiq olunmuş İKT həllərdən danışıb, başlıca vəzifənin isə İKT şirkətlərinin potensialının qorunub saxlanılması, kadrların itirilməsinə yol verilməməsi olduğunu bildirib.

Gələcək perspektivlərə baxış üçün isə görüşdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycanda və dünyada informasiya-kommunikasiya texnologiyalarının inkişaf tendensiyaları və perspektivləri” mövzusunda təqdimatla çıxış edilib.

Nazirliyin Strateji planlaşdırma və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsini icra edən Heydər Rüstəmovun etdiyi təqdimatda ölkəmizdə 2013-2019-cu illərdə İKT inkişafının mövcud vəziyyəti, inkişafın əsasında duran sahələr, gəlirlərin dəyişmə dinamikası, İKT istehsalının strukturu, sahə üzrə məhsul və xidmətlərinin ixracı və idxalı, pandemiya ilə əlaqədar 2020-ci il ərzində İKT-nin mövcud vəziyyəti barədə məlumat verilib, eləcə də sektorun inkişafı ilə bağlı hazırlanmış ilkin təkliflər təqdim olunub.

Sonra təqdimat ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb. Ümumilikdə iştirakçıların fikirləri, qarşılaşdıqları çətinliklər və problemlər dinlənilib, sektorun inkişafı ilə bağlı təkliflər müzakirə olunub.

İştirakçılar pandemiya dövründə, xüsusilə də xüsusi karantin rejiminin ilk vaxtlarında və hazırda nazirliklə keçirilən bu görüşləri yüksək qiymətləndiriblər. Bildirilib ki, bu görüşlər İKT şirkətləri üçün yaranmış vəziyyətdə fəaliyyətlərinin təşkilinə dair təlimat əldə etməyə, mövcud problemlərin operativ həlli üçün əlaqələrin yaradılmasına xidmət edib. Hazırlanmış təqdimat iştirakçılar tərəfindən təqdirəlayiq hesab edilib və aparılan təhlilin gələcək fəaliyyət üçün əhəmiyyəti vurğulanıb. Şirkətlərin də təkliflər təqdim edəcəyinə dair fikirlər səsləndirilib.

“Caspian Energy Club” tərəfindən pandemiya dövründə İKT şirkətlərinin, o cümlədən kluba daxil olan şirkətlərin qarşılaşdıqları problem və çətinliklərə həssaslıqla yanaşdığına, bu həssas vəziyyətdə onların problemlərinin operativ həll olunmasına göstərdiyi diqqət və qayğıya görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təşəkkür olunub.

Qeyd edək ki, sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club”ın əsas məqsədi investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqları stimullaşdırmaqdan və həmin dialoqlarda iştirak etməkdən ibarətdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.