Home » İlk dəfə işəgötürənlərin qəbulu həyata keçirilib

İlk dəfə işəgötürənlərin qəbulu həyata keçirilib

by Aytac
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Lənkəranda 20-dən çox işəgötürənin qəbulu həyata keçirilib.

 

Qəbulda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının İdarə Heyətinin sədri Tural Mustafayev, KOBİA-nın cənub koordinatoru Rahib Cəbiyev və müxtəlif şirkətlərdən olan işəgötürənlər iştirak ediblər.

Fərdi qaydada hər bir işəgötürənin müraciəti dinlənilib, müzakirə edilib və həlli ilə bağlı müvafiq qərarlar qəbul edilib.

Daha sonra Sadiq Əliyev rayonda fəaliyyət göstərən “LA RAN” MMC-də istehsalat prosesi ilə tanış olub. Qeyd edilib ki, ümumilikdə 113 nəfərin çalışdığı müəssisə işə qəbul prosesində Agentlik ilə əməkdaşlıq edir və mütəmadi olaraq öz vakansiyalarını əmək yarmarkalarında təqdim edir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.