Home » IMF: Azərbaycanın nominal ÜDM-i 2026-cı ildə 132,5 milyard manata çatacaq

IMF: Azərbaycanın nominal ÜDM-i 2026-cı ildə 132,5 milyard manata çatacaq

by Zeyneb
0 comments 0 views 1 minutes read

International Monetary Fund-un proqnozlarına görə, 2026-cı ildə Azərbaycanda nominal ÜDM 2,1 % real artımla 132,467 milyard manat (77,922 milyard ABŞ dolları) təşkil edəcək.

IMF-nin gözləntilərinə əsasən, ölkənin nominal ÜDM-i 2027-ci ildə 2,5 % real artımla 139,742 milyard manat (82,201 milyard ABŞ dolları), 2028-ci ildə 148,211 milyard manat (87,183 milyard ABŞ dolları), 2029-cu ildə 157,505 milyard manat (92,65 milyard ABŞ dolları), 2030-cu ildə 167,366 milyard manat (98,451 milyard ABŞ dolları), 2031-ci ildə isə 177,966 milyard manat (104,686 milyard ABŞ dolları) səviyyəsində proqnozlaşdırılır. Qeyd olunan illər üzrə real artım tempinin 2,5 % olacağı bildirilir.

Proqnozlara görə, nominal qeyri-neft ÜDM-i 2026-cı ildə 100,7 milyard manat (illik müqayisədə 9,09 % artım), 2027-ci ildə 109,02 milyard manat (+8,26 %), 2028-ci ildə 117,394 milyard manat (+7,68 %), 2029-cu ildə 126,363 milyard manat (+7,64 %), 2030-cu ildə 136,017 milyard manat (+7,64 %), 2031-ci ildə isə 127,903 milyard manat (+7,64 %) təşkil edəcək.

Məlumata görə, Azərbaycan hökuməti cari ildə ÜDM-i 134,1 milyard manat səviyyəsində proqnozlaşdırır. Xatırladaq ki, 2025-ci ildə ölkə iqtisadiyyatı 1,4 % artaraq 129,094 milyard manat olub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.