Home » IMF-nin 2022-ci il oktyabr hesabatı: Cari ildə qlobal borc tarixi rekord səviyyədə yüksək olacaq

IMF-nin 2022-ci il oktyabr hesabatı: Cari ildə qlobal borc tarixi rekord səviyyədə yüksək olacaq

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

“Bizim 2022-ci il oktyabr fiskal monitor hesabatındakı proqnozlarımıza, əsasən cari ildə qlobal borc GDP-nin 91%-nə bərabər olacaq. Bu isə 2020-ci ildəkindən tarixi rekord səviyyədə, pandemiyadan əvvəlkindən 7.5% yüksəkdir”.

BBN.az İnternational Monetary Fund-ın (IMF) rəsmi saytına istinadən xəbər verir ki, qurum son rəqəmləri IMF meetings həştəqi ilə, günün rəqəmi adı ilə LinkedIn biznes platformasında paylaşıb. 

IMF-dən qeyd edilib ki, proqnoz bir sıra ölkələrin hökumət borcu ilə bağlı azalmanı nümayiş etdirən rəqəmlərə baxmayaraq verilib.

Qeyd edək ki, ABŞ-ın paytaxtı Vaşinqton şəhərində, 2022-ci ilin oktyabrın 10-da maliyyə institutları International Monetary Fund-ın (IMF) World Bank ilə birgə illik görüşü başlayıb və oktyabrın 16-dək davam edəcək. Hər iki qurum illik görüş çərçivəsində Mərkəzi Bankların, maliyyə və inkişaf nazirliklərinin, vətəndaş cəmiyyəti və parlament üzvlərini, alimləri bir araya gətirərək qlobal məsələlərin müzakirəsini aparırlar, bura dünya iqtisadi hesabatları, ölkələrdəki kasıblıq, iqtisadi inkişaf və yardımların effektivliyi daxildir. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.