
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi internetin sürətinə minimum hədd qoyulması ilə bağlı təkliflər hazırlayaraq aidiyyəti üzrə təqdim edib.
Bunu Agentliyin İdarə Heyətinin sədri Nail Mərdanov bildirib.
Onun sözlərinə görə, qurum sərt tənzimləmə üsuluna keçməyi planlaşdırır: “Təkliflərimiz normativ sənəd kimi təsdiqləndikdən sonra bütün provayderlər məcbur olacaqlar ki, müəyyən ediləcək minimum həddən aşağı internet sürəti təqdim etməsinlər. Eyni zamanda, xidmətin keyfiyyəti ilə bağlı tələblərin də sərtləşdirilməsi nəzərdə tutulur”.





