Home » ING: Azərbaycan Mərkəzi Bankı mart ayında uçot dərəcəsini artıracaq

ING: Azərbaycan Mərkəzi Bankı mart ayında uçot dərəcəsini artıracaq

by yunus
0 comments 1 views 1 minutes read

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycan Mərkəzi Bankının (AMB) mart ayında uçot dərəcəsini artıracağını proqnozlaşdırıb.

BBN.az xəbər verir ki, “ING Group” Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi üzrə proqnozunu bu ilin birinci rübündən 2026-cı ilin üçüncü rübünə kimi 7,25%-dən 7,50%-ə yüksəldib. Korporasiya 2026-cı ilin üçüncü rübü üzrə uçot dərəcəsi üzrə proqnozunu 7,50%-dən 7,75%-ə, dördüncü rübü üzrə isə 7,75%-dən 8,00%-ə yüksəldib.

Qeyd edək ki, AMB ötən ilin may ayından etibarən uçot dərəcəsini 7,25% səviyyəsində sabit saxlayır. Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu il martın 12-də açıqlayacaq.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.