Home » ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq

ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq

by yunus
0 comments 0 views 1 minutes read

Niderlandın ən böyük maliyyə qrupu olan ING Bankı 2026-cı ildə Azərbaycanın büdcə profisitinin ÜDM-in 5%-nə, cari əməliyyatlar hesabının profisitinin isə ÜDM-in 11%-nə çatacağını proqnozlaşdırır.

BBN.az xəbər verir ki, bu barədə ING-nin Azərbaycan iqtisadiyyatına dair qiymətləndirməsində bildirilib.

Bank qeyd edir ki, Azərbaycan yüksək enerji qiymətlərindən ən çox faydalanan ölkələrdən biri olaraq qalır. ING-in qiymətləndirməsinə görə, daha yüksək enerji gəlirləri və enerji diplomatiyasının genişlənməsi ölkənin əsas üstünlükləri olaraq qalır.

Hesabatda vurğulanır ki, yüksək enerji qiymətləri Azərbaycanın xarici və fiskal ehtiyatlarını gücləndirəcək.

ING son dövrlərdə Azərbaycanın ticarət və enerji marşrutlarının inkişafı istiqamətində mühüm addımlar atdığını qeyd edir. Belə ki, Azəri-Çıraq-Günəşli yatağına beynəlxalq investisiyaların cəlb olunması imkanları nəzərdən keçirilir, Türkiyə ilə Abşeron yatağından qaz tədarükünə dair 15 illik müqavilə imzalanıb, Bakı-Supsa marşrutu isə Qazaxıstan üçün alternativ ixrac kanalı kimi qiymətləndirilir.

Bununla yanaşı, bank Azərbaycanın ticarət tərəfdaşlarından inflyasiya təzyiqlərinin ötürülməsinə nisbətən yüksək həssaslığını və ÜDM artımının zəif tempini əsas risk faktorları kimi qiymətləndirir.

Qeyd edək ki, 2026-cı il üzrə cari əməliyyatlar balansının profisiti üzrə ən yüksək proqnoz ING-yə aiddir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.