Home » “ING Group” Azərbaycanın 2029-cu ilədək ÜDM artımı üzrə proqnozlarını açıqlayıb

“ING Group” Azərbaycanın 2029-cu ilədək ÜDM artımı üzrə proqnozlarını açıqlayıb

by yunus
0 comments 0 views 1 minutes read

Niderlandın ING Group bank qrupu Azərbaycanın 2029-cu ilədək iqtisadi artım üzrə yenilənmiş proqnozlarını açıqlayıb.

BBN.az xəbər verir ki, ING-in qiymətləndirməsinə əsasən, Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 2026-cı ildə illik ifadədə 2 % artacaq.

Analitiklər 2027-ci il üzrə proqnozu dəyişməyərək 3 % səviyyəsində saxlayıblar. Bank qrupu 2028-ci ildə isə ölkə iqtisadiyyatının 2,3 % böyüyəcəyini gözləyir.

Hesabata görə, 2026-cı il üzrə rüblük proqnozlar ikinci rübdə 2 %, üçüncü rübdə 3 %, dördüncü rübdə isə 3,3 % iqtisadi artımı nəzərdə tutur.

2027-ci ildə isə iqtisadi artımın birinci rübdə 3 %, ikinci rübdə 3,5 %, üçüncü rübdə 2 % və dördüncü rübdə 3,5 % olacağı proqnozlaşdırılır.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) may ayında açıqladığı makroiqtisadi proqnozlara əsasən, 2026-cı ildə ölkənin real ÜDM-i 1,1 %, qeyri-neft-qaz sektoru isə 3,2 % artacaq.

AMB hesab edir ki, gələn il də neft-qaz sektoru ümumi iqtisadi artımı məhdudlaşdırmağa davam edəcək və əsas hərəkətverici qüvvə qeyri-neft sahələri olacaq. Tənzimləyici qurumun qiymətləndirməsinə görə, qeyri-neft sektorunda artım əsasən ev təsərrüfatlarının istehlakı, mal və xidmətlərin xalis ixracı, eləcə də əsas kapitala ümumi yığım hesabına təmin ediləcək.

Mərkəzi Bankın proqnozlarına görə, 2027-ci ildə Azərbaycanda iqtisadi artım 3,2 %-ə yüksələcək, qeyri-neft-qaz sektorunda isə artım 4,7 % təşkil edəcək.

AMB-nin hesablamalarına əsasən, neft-qaz sektoru 2026-cı ildə 3,3 % azalacaq, 2027-ci ildə isə bu sektorda artım qeydə alınmayacaq.

Tənzimləyici qurum vurğulayır ki, 2026–2027-ci illər üzrə iqtisadi artım proqnozlarının reallaşması əsasən daxili və xarici məcmu tələbin dinamikasından asılı olacaq.

Bundan əlavə, Fitch Ratings də Azərbaycanın ÜDM-nin 2026-cı ildə 2 % artacağını proqnozlaşdırır. Reytinq agentliyinin analitiklərinin fikrincə, enerji daşıyıcılarının yüksək qiymətlərinin müsbət təsiri sərt fiskal və pul-kredit siyasəti, eləcə də kreditləşmənin mülayim artımı ilə balanslaşdırılacaq.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.