İngiltərənin Mərkəzi Bankı faiz dərəcələrini artırdı: Son 27 ilin ən böyük sıçrayışı

İngiltərənin Mərkəzi Bankı – “Bank of England” bu gün faiz dərəcələrini 1.25%-dən 1.75%-ə yüksəldib. Bu son 27 ildə ən böyük rəqəmdir, məqsəd isə ölkədə inflyasiya ilə mübarizə aparmaqdır. 

BBN.az BBC.com-a istinadən xəbər verir ki, yeni faiz dərəcələri ilə ipoteka və bank kreditləri daha baha olacaq, ancaq əmanətlərin gəlirliliyini artırır.

Mərkəzi Bank, həmçinin, gözləyir ki, inflyasiya özünün pik həddinə oktaybrda çatacaq 13.3%, bu isə 1980-ci ilin sentyabrından bəri ən yüksəki olacaq. 

Bankın pul siyasəti komitəsi 1.75%-ə qədər artımın lehinə 8, əleyhinə isə 1 səs verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır