Home » “İnsan resurslarının idarə edilməsi üzrə Ekspert Qrupu”nun ilk onlayn iclası keçirilib

“İnsan resurslarının idarə edilməsi üzrə Ekspert Qrupu”nun ilk onlayn iclası keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

09 aprel 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “İnsan resurslarının idarə edilməsi üzrə Ekspert Qrupu”nun ilk onlayn iclası keçirilib. Görüşdə “İnsan resurslarının idarə edilməsi üzrə Ekspert Qrupu”nun sədri Aynur Süleymanlı,  bankların rəhbər şəxslərindən ibarət Qrupun üzvləri və əmək hüquqlarının təmin edilməsinin hüquqi tərəfləri ilə yarana biləcək suallara cavab vermək üçün ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun eksperti iştirak edib.

İclasda koronavirus infeksiyasının (COVİD-19) Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün xüsusi karantin rejimində bankların və əməkdaşların iş rejiminin tənzimlənməsi, müştərilərə fasiləsiz xidmət göstərilməsi ilə bağlı zəruri şəraitin yaradılması, əmək hüquqlarının təmin edilməsinin hüquqi tərəfləri ilə bağlı məsələlər müzakirə edilmiş, ABA tərəfindən təsdiq edilərək üzvlərə təqdim edilmiş “Müvəqqəti Tövsiyyələr”in icra vəziyyəti haqqında təcrübə mübadiləsi aparılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.