Home » İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Könüllü Proqramı elan edir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Könüllü Proqramı elan edir

by bbnadm
0 comments 0 views 1 minutes read

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tələbə və magistrantları Könüllü Proqramında iştiraka dəvət edir. Könüllü Proqramına qoşulmaq üçün aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan tələbə və magistrantlar, həmçinin ali təhsilli gənclər İİTKM-ə müraciət edə bilərlər:

– İqtisadiyyat, maliyyə, jurnalistika, informasiya texnologiyaları, qrafik dizayner.

Könüllü Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:

– Məntiqi və analitik düşünmə qabiliyyəti;

– Xarici dildə (əsasən ingilis dili) sərbəst oxuma və başa düşmə qabiliyyəti;

– Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir, qrafik dizayn (Adobe Design Packages) və veb proqramlaşma (PHP, MySQL, CSS, HTML 5,);

– Ünsiyyət və təqdimat bacarığı.

Könüllü kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Mərkəz tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcək.

Könüllü Proqramı həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir (saat 9:00 – 12:30 və ya 14:30-18:00) və ödənişsizdir.

Proqrama qoşulmaq istəyənlərdən 29 fevral 2020-ci il tarixinə kimi intern@ereforms.org ünvanına CV (3×4 formatlı şəkil, xarici dil biliklərini əsaslandıran sənədləri (əgər varsa) əlavə edilməklə) göndərmələri və ya  buradan qeydiyyatdan keçmələri xahiş olunur.

Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.