Home » İqtisadiyyat naziri Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

by anar
0 comments 0 views 1 minutes read

İqtisadiyyat naziri Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşlər keçirib, gənclərin fərdi və peşəkar inkişaf sahəsində əldə etdikləri nəticələr müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Əsəd Qurbanzadə və Fərid İsayevlə görüşlər keçirib.

Görüşdə iqtisadiyyat naziri dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə yaradılmış “Yüksəliş” müsabiqəsinin ölkəmizdə kadr potensialının zənginləşdirilməsi istiqamətində mühüm rol oynadığını vurğulayıb. Mentorluq proqramı çərçivəsində Nazirliyin və özəl şirkətlərin nümayəndələri ilə təşkil edilən görüşlərin idarəçilikdə effektivliyin yüksəldilməsi, strateji yanaşma və digər istiqamətlərdə qaliblərin bilik və bacarıqlarının artırılmasına hədəfləndiyi qeyd edilib.

Gənclər keçirilən görüşlərdə ölkəmizdə sahibkarlığın inkişafı, rəqəmsallaşma, innovativ həllərin və texnologiyaların tətbiqi, vergi islahatları, sənaye zonalarında beynəlxalq və yerli tərəfdaşlarla əməkdaşlıq, işğaldan azad edilən ərazilərdə iqtisadiyyatın sürətli inkişafı məqsədilə görülmüş işlərlə bağlı ətraflı məlumat aldıqlarını bildiriblər. Mentorluq proqramının resursların səmərəli istifadəsi, strateji layihələrin icrası və tərəfdaşlarla əlaqələrin qurulması baxımından səmərəli təcrübə olduğu nəzərə çatdırılıb.

Görüşdə gənclərin fərdi və peşəkar inkişaf sahəsində əldə etdikləri nəticələr müzakirə edilib, bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələr verilib. Mentilərə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.